8 iyul tarixində Gürcüstan Azərbaycanlıları Konqresinin və “Dirçəliş” təşəbbüs qrupunun təşkilatçılığı və “QafqazTürk” xəbər portalının media dəstəyi ilə Xəyalə Mustafayevanın fərdi rəsm sərgisi həyata keçirildi – ƏTRAFLI

12

8 iyul saat 12:00-da  Gürcüstan Azərbaycanlıları Konqresinin və “Dirçəliş” təşəbbüs qrupunun təşkilatçılığı və “QafqazTürk” xəbər portalının media dəstəyi ilə “Gürcüstan bizim vətənimizdir – Azərbyacan və Türkiyə isə milli dövlətlərimizdir” mövzusunda Xəyalə Mustafayevanın fərdi rəsm sərgisi həyata keçirildi.

Rəsm sərgisi  Marneuli bələdiyyəsinin Qaçağan kəndində yerləşən Qaçağan Mədəniyyət Evində baş tutdu. 

Rəsm sərgisində Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, Türkiyə Cümhuriyyətinin Tiflis Büyükelçiliğinin üçüncü katibi Əli İhsan Aktaş, Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Ramel Lətifov, «Təhsil» qazetinin baş redaktoru Abay Paşayev, QafqazTürk Medianın əməkdaşları Səma Mamedova, Aydə Əsgərova, Gülgün Məmmədxanova, Mahir Sədiyev, Hacı Xəlilov, Niyazi Yusubov, Gündüz Qurbanov, Zabit Mahmudov, Qaçağan 1 saylı ictimai məktəbinin direktoru Zahir Hüseynov, Qaçağan 2 saylı ictimai məktəbinin direktoru Ayat Göyüşov, Qaçağan inzibati ərazi vahidliyinin icra nümayəndəsi Dilən Bayramov, Qaçağan-Qasımlı inzibati ərazi vahidliyindən Marneuli bələdiyyə məclisinin majoritar deputatı Məharət Allahverdiyev, Ağməmmədli ictimai məktəbinin direktoru və Qasımlı inzibati ərazi vahidliyinin keçmiş deputatı Əşrəf Tükənovun rəhbərliyi ilə Ağməmmədli məktəbinin müəllimlər kollektivi, Ulaşlı ictimai məktəbinin direktoru Əhməd Hacıyev, Baytallı ictimai məktəbinin direktoru Dorxan Əliyev, Beytarabçı ictimai məktəbinin direktoru Nürəddin Abbasov, Marneuli Resurs mərkəzinin nümayəndəsi Yulya Darbaidze, Marneuli 8 saylı ictimai  məktəbin müəllimlər kollektivi, Qaçağan kənd əhalisi, gənclər və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov açdı. Hüseyn Yusubov çıxışında istedadlı rəssam Xəyalə Mustafayevanı ürəkdən təbrik edərək, ona rəssamlıq fəaliyyətində bol uğurlar arzu edib. 

“Bu gün bizə çox xoşdur ki, doğma Qaçağanımızda toplaşmışıq. Bilirsiniz ki, Qaçağan kəndi illər boyu Borçalımızın həm mədəniyyət, həm maarif  mərkəzi olubdur. Qaçağan kəndində bu tədbiri həyata keçirməmizdə əsas məqsəd odur ki, Qaçağan mədəniyyət evinin təmirində və yenidən dirçəlməsində öz töhvəmizi verək. Bu gün ölkəmizdə, xalqımızın mədəniyyətinin qorunması üçün hökümətimiz çox işlər görür. Buna görə hökümətimizə təşəkkür edirik. Buna baxmayaraq biz istəyirik ki, Qaçağan mədəniyyət evinə də diqqət çəkək və yenidən təmir olunsun. 

Bu gün bu tədbirdə Türkiyə Cümhuriyyətinin Tiflis Büyükelçiliğinin üçüncü katibi  Əli İhsan Aktaşa və Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Ramel Lətifova iştirak etdikləri üçün öz dərin təşəkkürümü bildirirəm. Yəqin ki, bilirsiniz Gürcüstan Azərbaycanlıları Konqresinin bir sloqanı var:  “Gürcüstan bizim vətənimizdir – Azərbyacan və Türkiyə isə milli dövlətlərimizdir”. Hər üç ölkəyə sevgimiz və məhəbbətimiz eyni dərəcədədir. Biz Gürcüstanda yaşayan Azərbaycanlılar həmişə çalışırıq ki, bu üç dövlət arasında yalnız sülh və qardaşlıq olsun.

Bu gün bizim sevimli rəssamımız Xəyalə xanımın sərgilənən əsərlərində həm Gürcüstan, həm Azərbaycan, həm də Türkiyə ilə bağlı əsərlər görürük. Məsələn, Xəyalə xanımın sərgisində Xocalı soyqrımını təsvir edən rəsmlər də var. Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında sülh olacaq bir gün, amma bu sülh heç də o demək deyil ki, Xocalı soyqırımı unudulacaq. Xeyir! Necə ki, Böyük Vətən Müharibəsindən sonra Nyurinberq məhkəməsi quruldusa, inşallah bir gün Şuşa məhkəməsidə qurular. Xocalı soyqırımını törədən cəlladlar gec ya tez, mütləq cəzasını almalıdır.

Söhbətimiz əvvəlində vurguladığım kimi, hər üç dövlət bizim üçün əzizdir və buna görə də hər üç dövlətin liderlərinin Heydər Əliyevin, Musatafa Kamal Atatürkün və gürcü rühanisi ikinci İlyanın bugünkü sərgidə portretlərini görürük. Bu liderlər hər üç xalqın mənəvi liderləridir və həmişə xalqlar üçün bir işıq olublar.” – Hüseyn Yusubov çıxışında qeyd edib.

Tədbir Türkiyə Cümhuriyyətinin Tiflis Büyükelçiliğinin üçüncü katibi Əli İhsan Aktaş və Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Ramel Lətifov çıxışları ilə davam etdi. İki qardaş dövlətin nümayəndələri öz çıxışlarında Xəyalə Mustafatevanı ürəkdən təbrik edərək, müvəffəqiyyətlər arzu ediblər, həmçinin rəsm sərgisinin təşkilində böyük rolu olan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubova öz dərin təşəkkürlərini bildiriblər. 

Mədəni tədbirin keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə uğurlu və istedadlı qadınları icmada təbliğ etmək, həmçinin Qaçağan Mədəniyyət Evinin yenidən dirçəlməsinə öz töhfəmizi verməkdir.

Müəllif: Gülgün Məmmədxanova

0
0
Sonrakı yazı
Vladimir Putin Türkiyəyə səfər edəcək
Öncəki yazı
ზელენსკის ვიზიტის შემდეგ, ერდოღანი პუტინთან ისაუბრებს