Another advertisement
“Starliner” kosmik gəmi ilə kosmosa göndərilən 2 NASA astronavtı Sunita Williams və Butch Wilmore baş verən helium sızması nəticəsində dünyaya geri qayıda bilmir.
QafqazTürk Media xəbər verir ki, “Boeing”ə məxsus “Starliner” kosmik gəmisində olan iki NASA astronavtı növbəti ilə qədər Yerə qayıda bilməyəcək.
NASA astronavtların “Boeing”in rəqibi “SpaceX”ə aid bir kosmik gəmi ilə geri qaytarılması imkanını nəzərdən keçirdiklərini bildirib.
Belə ki, astronavtların Yerə qayıdışı 2025-ci ildə planlaşdırılır.
Məlumat üçün bildirək ki, “Starliner”in Yerə qayıdışı texniki problemlər səbəbindən dəfələrlə təxirə salınıb və NASA bu problemləri həll etmək üçün “Boeing”lə sıx əlaqədədir.