Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində saxta rəsmi sənədin hazırlanması və satılması faktı üzrə bir nəfəri saxlayıblar.bu barədə İstintaq Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, saxlanılan şəxs 700 dollar qarşılığında bir vətəndaşa saxta Gürcüstan sürücülük vəsiqəsi təqdim edib. Hazırda cinayətlə əlaqəli digər şəxslərin müəyyənləşdirilməsi və ifşa olunması istiqamətində istintaq tədbirləri davam etdirilir.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 362-ci maddəsinin ikinci hissəsi ilə aparılır. Qanunvericiliyə əsasən, bu əməlin törədilməsi üç ildən altı ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
-