Another advertisement
Noyabrın 11-də Finlandiya, İsveç, Fransa, Litva, Latviya, Polşa və Almaniyanın komitə sədrlərindən ibarət nümayəndə heyəti Tbilisiyə səfər edəcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə Almaniya Bundestaqının üzvü Mixail Rot X-da yazır.
“Gürcüstan və onun xalqı bizim üçün çox əzizdir. Biz Avropanın mərkəzində yerləşən azad və demokratik Gürcüstana sadiqik. Saxta seçkilərdən sonra biz indiki hadisələrdən narahatıq”, – Rot yazıb.