This is a specific ad

7-12 yaşlı uşaqlar üçün “Planetimizi sağaldaq” mövzusunda rəsm müsabiqəsi elan edilib – ƏTRAFLI

37

Another advertisement

Təşəbbüs qrupu “Yaşıl Düşüncə” Kvemo Kartli regionunda yaşayan 7-12 yaşlı uşaqlar üçün “Planetimizi sağaldaq” mövzusunda rəsm müsabiqəsi elan edir.

QafqazTürk xəbər verir ki, bu barədə “Yaşıl Düşüncənın” Facebook səhifəsində məlumat dərc edilib.

Müsabiqənin elanını sizə olduğu kimi təqdim edirik:

“Əziz balaca dostlarımız, təəsüf ki, yaşadığımız yer kürəmizin vəziyyəti hər gün daha da pisləşir. İnsanlar ağacları kəsir, zibilləri yerə atırlar, çayları və okeanları plastmas tullantılar ilə çirklənidirirlər, maşınlardan,sənayelərdən çıxan zərərli tüstü ilə havanı nəfəs alınmaz edirlər. Bütün bunlar ümumi evimiz yer kürəmizi çox incidir və o çox pis haldadır.

Ancaq yaxşı xəbər odur ku, biz planetimizi sağalda bilərik. Beləki ağaclar əkərək,şəhərlərimizi yaşıllaşdıraraq, zibilləri zibil qutusuna ataraq, çayları, sahilləri tullantılardan təmizləyərək planetimizi sağalda bilərik. Bu, yaşadığımız planetimiz üçün önəmlidir. Biz təbiətlə yaxşı münasibət qura biləcək bir nəsilik.

Balaca dostumuz, əgər səndə planetimizdə ekoloji problemlər narahat edirsə və istəyirsən ki, ətraf mühitin mühafizəsinin önəmliliyi haqqında ətrafındakı insanları məlumatlandırasan, səni “Planetimizi sağaldaq” mövzusunda rəsm müsabiqəsində iştirak etməyə dəvət edirik.

Sən çəkdiyin rəsmində planetimizi sağaltmağın yollarını təsvir edə bilərsən. Məsələn, ağaclar əkmək, ana təbiətimizi qorumaq, yaşadığımız mühiti zibillərlə çirkləndirməmək, insanları ətraf mühitin qorunmasına təşviq etmək, zərərli tüstü verən nəqliyyat əvəzinə təbiətsevər nəqliyyatdan vasitələrindən, velosipeddən istifadə etmək və sairə. Mövzular məhdud deyil, planetimizin sağalması üçün önəmli saydığın istəlinən mövzuda rəsm çəkə bilərsən.

MÜRACİƏT QAYDALARI:

Bütün rəsmlərin (hər bir iştirakçı başına bir qeydiyyat) telefonla fotoşəkli çəkilməlidir və 20 may tarixinə qədər valideyinizin köməyi ilə yaşıl düşüncənin “Whatsapp” ünvanına göndərməlisiniz.

Yaşıl Düşüncənin “whatsapp” hesabı: +995 571 50 73 48

Rəsminizin fotoşəkilini göndərən zaman, adınızı və soyadınızı qeyd etməyi unutmayın.

Çəkdiyiniz rəsimlərə xüsusi yaradılmış münsiflər heyəti tərəfindən baxılacaqdır və ən azı 3 qalib seçiləcəkdir. 5 iyun, Ümumdünya Ətraf Mühit günündə isə Marneuli şəhərində çəkdiyiniz rəsimlərin sərgisi olacaq və tədbirdə qaliblər elan ediləcək.

Tədbirə valideyiniz və yaxud ailə üzvləriniz ilə birlikdə dəvətlisiniz!

Qaliblər sertifikatlar və hədiyələrlə mükafatlandırılacaq. Bundan əlavə, rəsim müsabiqəsində iştirak edən bütün iştirakçılar sertifikatlar və simvolik hədiyyələr ilə təltif olunacaq.

Sənə uğurlar arzu edirik, Balaca dost!

“Yaşıl Düşüncənin” Facebook səhifəsinin linki: https://www.facebook.com/ProtectEnvironment12

Sonrakı yazı
Ceyms Appaturay – Buxarestin Gürcüstanın NATO-ya üzv olacağı ilə bağlı bəyanatı qüvvədə qalacaq
Öncəki yazı
Zelenski: Biz Moskvaya və ya Putinə hücum etmirik, biz öz ərazimizdə döyüşürük