This is a specific ad

7-10 dekabr tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ

16

Another advertisement

Gürcüstanda dekabrın 10-dək yağıntılı hava şəraiti davam edəcək.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Məlumata görə dekabrın 7-si səhərədək Şərqi Gürcüstanın şimal dağlıq rayonlarında güclü qar yağacağı, uçqun təhlükəsi, duman və çovğun gözlənilir.

Qərbi Gürcüstanda istilər fonunda havanın bir qədər yağıntılı olacağı, ölkənin şərqində isə nisbətən soyuq hava şəraiti gözlənilir.

Paytaxt Tbilisidə dekabrın 10-dək arabir yağış yağacağı, duman olacağı, temperaturun gün ərzində +9, +11 dərəcə isti olacağı gözlənilir.

Sahil ərazilərində (Batumi, Kobuleti, Anaklia, Poti): istilər fonunda az yağış yağacağı və şərq küləyi əsəcəyi ehtimalı var. Hava temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): istilər fonunda az yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək. Güclü şərq küləyi əsəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo): az yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +13, +15 dərəcə təşkil edəcək. Şərqi küləyi əsəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): az yağıntı gözlənilir. Hava temperaturu gündüz +9, +11 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): dekabrın 10-dək yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +9, +11 dərəcə təşkil edəcək.

Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): dekabrın 10-dək yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro): dekabrın 10-dək yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): dekabrın 10-dək qar yağacağı, dekabrın 7-si səhərədək bəzi yerlərdə intensiv olacağı gözlənilir. Hava temperaturu gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
ეროვნული ბანკი საპენსიო სესხების რეკლამირებას კრძალავს
Öncəki yazı
მარნეულის მერიაში სამუშაო შეხვედრა გაიმართა