Another advertisement
Xobi Bələdiyyəsinin Şua Kvaloni kəndində azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib.
Qafqaztürk xəbər verir ki, minik avtomobili ilə distrubutor maşını toqquşması nəticəsində minik nəqliyyat vasitəsində olan sürücü yaralanıb, bir yaşı tamam olmamış körpə isə yerindəcə dünyasını dəyişib.
Əldə edilən məlumata görə, təcili tibbi yardım briqadası müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxsi Xobi xəstəxanasına çatdırıb. Onun vəziyyəti stabildir.
Hadisə yerinə patrul polisi səfərbər edilib. Faktla bağlı araşdırma aparılır