• 11 Mart 2025 00:10

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

600-ə qədər məcburi köçkün ailəsi üçün kənd yerlərində ev alnacaq

ByTürkan Şahverdova

Dek 30, 2024
Another advertisement

Məcburi Köçkünlər, Ekomiqrantlar və Dolanışığın Təminatı Agentliyi 600-ə qədər məcburi köçkün ailəsi üçün kənd yerlərində ev alacaq. Adıçəkilən ailələrin siyahısı agentliyin saytında dərc olunub.

Köçkün ailələrə Gürcüstanın istənilən bölgəsində ev seçmək üçün altı ay vaxt verilir. Mənzilin alınması üçün ayrılan məbləğ ailənin imkanları nəzərə alınmaqla müəyyən edilir.

2014-cü ildə başlanan “Kənd evi” satınalma layihəsi son illərdə xüsusi ölçülər qazanmışdır. Bu müddət ərzində dövlət tərəfindən 11 mindən çox köçkün ailəsi üçün evlər alınıb, onlardan bu il 1400-ə yaxın ailə köçürülüb. Ümumilikdə, layihə çərçivəsində dövlət büdcəsindən 266 milyon lari, yalnız 2024-cü ildə isə 35 milyon laridən çox vəsait xərclənib.

“Gələcəkdə proses daha fəal davam edəcək. 2025-ci ilin büdcəsində kənd yerlərində evlərin alınması üçün 65 milyon lari ayrılacaq”, – agentlikdən bildiriblər.