This is a specific ad

6 Gürcüstan vətəndaşı rus işğalçıları tərəfindən qanunsuz qaçırılıb

44

Another advertisement

İşğalçılar Şida Kartlinin Mejvrisxevi kəndi ilə bitişik ərazidən 6 Gürcüstan vətəndaşını qanunsuz olaraq oğurlayıblar.Hadisə bu gün səhər saatlarında baş verib.

QafqazTürk.com xəbər verir ki,Dövlət Təhlükəsizlik Xidməti faktı təsdiqləyir. Agentlik bildirir ki, qaynar xətt fəaliyyətə başlayıb və beynəlxalq tərəfdaşlar cəlb olunub. Parlamentdə məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin birinci müavini Aleksi Batiaşvili danışıb.

“Hesabat dövründə işğal olunmuş Sxinvali rayonu istiqamətində 44 nəfər, işğal olunmuş Abxaziya istiqamətində isə 13 nəfər, o cümlədən qondarma casusluq ittihamı ilə Gürcüstan vətəndaşının həbsi ilə bağlı 44 nəfər qanunsuz həbs edilib.Ümumilikdə 2022-ci ilin sonunda Gürcüstanın 9 vətəndaşı qanunsuz həbsdə olub.
Bu yerdə sizə daha bir acı faktı demək istəyirəm ki, bu gün səhər saatlarında daha 6 soydaşımız işğalçılar tərəfindən qanunsuz olaraq həbs edilib.Qaynar xətt aktivləşdirilib, beynəlxalq tərəfdaşlarımız cəlb olunub. Onların həbsi artıq təsdiqlənib və biz hadisələrin gələcək inkişafını gözləyirik. Biz hər şeyi edəcəyik ki, bu insanlar tez bir zamanda ailələrinə qayıtsınlar”, – deyə o bildirib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Larinin rəsmi məzənnəsi – iyulun 7-nə dollar və avronun dəyəri
Öncəki yazı
Göz sağlamlığı üçün faydalı olan 12 qida