Ukrayna aprelin 6-nı Rusiyanın Krivoy Roqa hücumu zamanı həlak olanların xatirəsinə görə, matəm günü elan edib.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Ukrayna mətbuatı yayıb.
Ukrayna baş nazirinin yenidənqurma üzrə müavini, icmaların və ərazilərin inkişafı naziri Aleksey Kuleba həlak olanlar və onların ailələri ilə həmrəylik əlaməti olaraq aprelin 6-nın matəm günü elan edildiyini və Ukraynanın şəhərlərində, o cümlədən Kiyevdən Odessaya və Kramatorskdan Ujqoroda kimi bayraqların yarıya qədər endiriləcəyini bildirib.
Nazir bildirib ki, ballistik raket hücumu və terrorizm nəticəsində 19 nəfər ölüb, 74 nəfər isə yaralanıb.