This is a specific ad

6-9 noyabrda gozlənilən hava şəraiti – PROQNOZ

47

Another advertisement

Noyabrın 6-sı günün ikinci yarısından 7-si səhərədək Qərbi və Şərqi Gürcüstanın bəzi ərazilərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Məlumata görə, bəzi ərazilərdə güclü qərb küləyi əsəcək.

Noyabrın 9-dək hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

“Tbilisidə əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Noyabrın 7-də arabir güclü şimal-qərb küləyi əsəcək. Hava temperaturu gündüz +19, +21 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): noyabrın 7-si səhərədək yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Noyabrın 9-dək hava isti, əsasən yağmursuz keçəcək. Hava temperaturunun gün ərzində +21, +23 dərəcə isti olacağı gözlənilir.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestaponi, Zuqdidi, Martvili, Ozurqeti): noyabrın 7-si səhərədək yağış yağacağı gözlənilir. Noyabrın 9-dək hava isti, əsasən yağmursuz keçəcək. Hava temperaturu gündüz +21, +23 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo): noyabrın 7-si səhərədək yağış yağacağı gözlənilir. Noyabrın 9-dək hava əsasən yağmursuz keçəcək. Hava temperaturu gündüz +18, +20 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): noyabrın 7-si səhərədək yağışlı hava şəraiti gözlənilir. Noyabrın 9-dək hava əsasən yağmursuz keçəcək. Hava temperaturu gündüz +13, +15 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): noyabrın 7-si səhərədək bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Güclü qərb küləyi əsir. Noyabrın 9-dək havanın nisbətən isti, əsasən yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro) noyabrın 7-si səhərədək bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü qərb küləyi əsir. Noyabrın 9-dək havanın nisbətən isti, əsasən yağmursuz keçəcəyi, temperaturun gün ərzində +20, +22 dərəcə olacağı gözlənilir.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): Dedoplistskaro,): Noyabrın 7-si səhərədək bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Güclü qərb küləyi əsəcək. Noyabrın 9-dək hava əsasən yağmursuz keçəcək. Hava temperaturu gündüz +15, +17 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): noyabrın 7-si səhərədək bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Güclü qərb küləyi əsir. Noyabrın 9-dək hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun gün ərzində +11, +13 dərəcə isti təşkil edəcəyi ehtimalı var”, – deyə məlumatda bildirilib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
İstanbulda Türk Xəbər Agentlikləri Alyansı yaradılıb – VİDEO
Öncəki yazı
საქართველოს პრემიერ-მინისტრი ირაკლი ღარიბაშვილი სლოვენიის თავდაცვის მინისტრ მარიან შარეცს შეხვდა.