This is a specific ad

5G İnternetin tətbiqi üçün elan olunan hərracda ,,Silknet” və ,,Magti” iştirak etməkdən imtina etdi

113

Another advertisement

Rabitə Komissiyası 5G İnternetin tətbiqi ilə bağlı hərracın elan edilməsi üçün dövlət inzibati icraatına başlayıb.

Qafqaztürk Media xəbər verir ki, bu barədə məlumatı Rabitə Komissiyası yayıb.

Komissiya yeni hərracda ötən illə müqayisədə daha çox şirkətin iştirak edəcəyini gözləyir.

Hərraclar çərçivəsində 5G-nin tətbiqi üçün 700, 3410-3710 və 2600 MHz diapazonlu tezlik diapazonlarının buraxılması planlaşdırılır. 800 və 2100 MHz tezlik diapazonlarında lisenziyaların alınması üçün də hərrac elan ediləcək.

Rabitə Komissiyasından verilən məlumata görə, maraqlanan şirkətlər bu il sentyabrın 6-dək Komissiyaya müraciət edə biləcəklər və bu məsələ ilə bağlı şifahi dinləmə sentyabrın 10-na təyin edilib.

5G şəbəkəsi mövcud texnologiyalarla müqayisədə mobil internetin sürətini əhəmiyyətli dərəcədə artıracaq və gecikməni azaldacaq yeni nəsil simsiz internet texnologiyasıdır.

2023-cü ildə elan edilən hərracda yalnız “Selfie Mobile” iştirak edib, daha sonra “Silknet” və “Magti” hərracda iştirakdan imtina ediblər, çünki ComCom-un lisenziya şərtlərinə görə, onlar özlərində MVNO və ya mobil virtual operatorları təqdim etmək öhdəliyi daşımalı idilər.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Salome Zurabişvili Bidzina İvanişvilini debata dəvət edib
Öncəki yazı
Marneuli Bələdiyyəsinin Özünüidarəetməsi Çinə rəsmi səfər edib-FOTO