55 yaşlı kişi iş zamanı dünyasını dəyişib

116

Kobuletidə inert material qəbulu və emalı müəssisəsində işləyən 55 yaşlı kişi iş zamanı dünyasını dəyişib.

Məlumata görə, işçi ağır texnika işlədirmiş, texnika xarab olub və özü təmir etmək istəyərkən avadanlıq qəfil aşıb və kişi dünyasını dəyişib.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin mədən, tikinti və ya digər işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarını pozma, yəni 240-cı maddəsi ilə araşdırma aparılır.

Kateqoriya: Cəmiyyət, Cinayət, Region
Sonrakı yazı
Paşinyanın bu açıqlaması İrəvanı silkələdi
Öncəki yazı
Qrantlar haqqında qanuna dəyişiklik edilir