This is a specific ad

50 ildən sonra yenidən çalınan “Son zəng”…

40

Another advertisement

Marneuli bələdiyyəsinin Ağməmmədli kəndində əlamətdar gün qeyd olunub.

Belə ki, Ağməmmədli kənd orta məktəbini yarım əsr öncə bitirmiş məzunlar son zənglərinin 50 illiyini qeyd etmək üçün bir araya gəldilər.
Tədbirin təşkilatçıları Şakir Sədiyev, İlqar Nəbiyev,Hacıxəlil Vəliyev, Bəşir Əliyev və Mahir Sədiyevdir.

50 il əvvəl ayrılmış  gənclər- göz yaşları ilə bir araya gəlmiş ağsaqqallar və ağbirçəklər ilk öncə müəllimləri həyatdakı müəllimlərini- Mehralı Bədəlovu, Şövkət Bədəlovanı və Elman Qəmbərovu evlərində ziyarət etdilər və həyatdan köçmüş  müəllimlərinin və sinif yoldaşlarının qəbirlərinə gül dəstələri qoyaraq yad etdilər.

Daha sonra isə illər sonra bir araya gələn sinif yoldaşları çay masası arxasına toplaşaraq məktəb illərindən qalan xatirələri bölüşdülər. Bəzən güldülər, bəzən ağladılar.

P.S. Ümid edirik ki, onların da nəvələri öz nənə- babalarını nəzərə alacaqlar.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Ümumi təhsil pillələrində dəyişiklik edilib- Bundan sonra 9-cu sinif…
Öncəki yazı
İrakli Kobaxidze Avropa siyasi birliyinin sammitində iştirak edəcək