• 25 Fevral 2025 03:42

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

5 oktyabr- Beynəlxalq Müəllimlər Günüdür

ByNiyazi Yusubov

Okt 5, 2023
Another advertisement

5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür. İlk dəfə beynəlxalq səviyyədə 1966-cı il oktyabrın 5-də YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə keçirdiyi konfransda müəllimlərin əmək şəraitini müəyyən edən “Müəllimlərin vəziyyəti haqqında” tövsiyə xarakterli sənəd qəbul edilmişdir.

1994-cü ildə YUNESKO oktyabrın 5-ni Beynəlxalq Müəllim günü kimi təsbit etmiş və bu tarix BMT-nin beynəlxalq və ümumdünya günləri sisteminə daxil edilmişdir.

Dünya birliyi Beynəlxalq Müəllim gününü qeyd etməklə müəllimlərin cəmiyyətdə, təhsil sistemində və ölkələrin inkişafında artan rolunu qeyd edir.