Avqustun 5-8-də Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
QafqazTürk Media xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.
Məlumata görə, Tbilisidə avqustun 5-6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, avqustun 7-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 10-15 m/s, avqustun 7-8-də şəhərətrafı ərazilərdə küləyin 18-20 m/s-dək güclənəcəyi ehtimalı var. Havanın temperaturu +32+34 dərəcə təşkil edəcək.
“Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti) avqustun 5-6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, avqustun 7-8-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +30, +32 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestaponi, Zuqdidi, Martvili, Samtredia, Ozurqeti) avqustun 5-8-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu +31, +33 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo) avqustun 5-8-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, havanın temperaturunun +28+33 dərəcə isti olacağı gözlənilir.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestiya, Baxmaro) avqustun 5-8-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu +25, +30 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, küləyin qərbdən 10-15 m/s, avqustun 7-8-də güclü 17-22 m/s olacağı gözlənilir. Havanın temperaturu gündüz +32, +35 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Ğvareli, Axmeta, Dedopliscğaro) avqustun 5-6-da yağıntı olmayacaq, avqustun 7-8-də bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +30, +33 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +27+32 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Çalka, Bakuriani, Qudauri, Omalo) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu 20-25 dərəcə isti təşkil edəcək”, – məlumatda deyilir.