This is a specific ad

Bakı-Tbilisi-Ərzrum qaz nəqli 4,3% artıb

69

Another advertisement

Yanvar-noyabr aylarında Bakı-Tbilisi-Ərzrum Cənubi Qafqaz boru kəməri ilə qaz nəqli 4%-dən çox artıb.

O cümlədən, hesabat dövründə kəmərlə 20 786,7 milyon kubmetr qaz nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çoxdur.

Azərbaycandan nəql olunan qazın ümumi həcminin 57,2%-i Bakı-Tbilisi-Ərzrum boru kəməri ilə ötürülüb.

Yanvar-noyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə ümumilikdə 36 319,3 milyard kubmetr təbii qaz ötürülüb ki, bu da əvvəlki ilin müvafiq ayları ilə müqayisədə 0,8 faiz çoxdur.

Boru kəməri “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qazı ixrac edir.

Qeyd edək ki,  2023-cü ildə Azərbaycanın magistral qaz kəmərləri ilə 2022-ci illə müqayisədə 1,4% çox və ya 39 806,9 milyard kubmetr qaz nəql edilib. Bundan Bakı-Tbilisi-Ərzrum kəməri ilə nəql olunan qazın həcmi 54,8 faiz təşkil edib. O cümlədən, ötən il bu kəmərlə 21 800,1 milyard kubmetr qaz keçib ki, bu da 2022-ci illə müqayisədə 4,8% çoxdur.

Sonrakı yazı
“ABŞ administrasiyası çalışır ki, Trampa Gürcüstanla münasibətdə çətin bir miras buraxsın”-Kaxa Kaladze
Öncəki yazı
“Maqnitski aktı” nə deməkdir?- İZAHAT