This is a specific ad

4 xarici vətəndaşın ölümünə səbəb olan şəxslər həbs ediliblər

53

Another advertisement

Batumidə isti izdə cinayət işi açan polis, 2 nəfəri həbs edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Cinayət işi Batumidə 4 xarici vətəndaşın qətlini nəzərdə tutur. Agentliyin verdiyi məlumata görə, saxlanılanlar həm də xarici ölkə vətəndaşlarıdır.

“DİN-in Acara Polis İdarəsi və Şida Kartli Polis Departamentinin əməkdaşları birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki və ya daha çox şəxsi ağırlaşdırılışmış şəraitdə qəsdən adam öldürmə ittihamı ilə iki xarici ölkə vətəndaşını həbs ediblər.

Cinayət 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

İstintaq müəyyən edib ki, bu il dekabrın 7-də Batumidə müttəhimlər qisas məqsədilə müvəqqəti yaşayış yerində dörd xarici vətəndaşı güllələyiblər və bundan sonra hadisə yerindən gizləniblər.

Alınan yaralar nəticəsində 3 nəfər yerindəcə, 1 nəfər isə sonradan tibb müəssisəsində dünyasını dəyişib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsləri Tbilisi-Senaki-Leselidze mərkəzi avtomobil yolunun Şida Kartli hissəsində avtomobillə hərəkətdə olarkən saxlayıb və təqsirləndirilən şəxs qismində tutulublar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları maddi sübut kimi 3 ədəd odlu silah, patron və bir ağızlıq götürüblər”, – məlumatda deyilir.

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
Dekabrın 10-da parlament qərar qəbul edəcək
Öncəki yazı
Marneulidə Ulu öndər Heydər Əliyevin anım günü keçirildi