4 Oktyabr aksiyasının iştirakçıları saxlanılıb – 15 nəfər müəyyən edilib, 13-ü həbs olunub -ƏTRAFLI

62

“Gürcü Arzusu” partiyasının Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidze bildirib ki, oktyabrın 4-də Tbilisidə keçirilən etiraz aksiyasında “cinayətdə iştirak edən” 15 nəfər müəyyən olunub. Onlardan 13 nəfər məhkəmənin qərarı ilə saxlanılıb, 2 nəfərin axtarışı davam edir.

QafqazTürk xəbər verir ki, saxlanılan şəxslər bunlardır: T.M., A.N., D.J., B.M., A.Q., E.Ş., Q.R., V.F., D.S., M.M., A.X., K.M. və S.M.

İstintaq Cinayət Məcəlləsinin aşağıdakı maddələri üzrə aparılır:

  • 317-ci maddə – Gürcüstanın konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırış;

  • 225-ci maddə – Qrup halında zorakılığın təşkili, rəhbərliyi və ya iştirak;

  • 222-ci maddə – Televiziya, rabitə və ya strateji obyektlərin ələ keçirilməsi və ya bloklanması;

  • 187-ci maddə – Əmlakın zədələnməsi və ya məhv edilməsi.

Aksiyanın gedişi:


4 oktyabrda Tbilisidə genişmiqyaslı etiraz baş tutub. Təxminən saat 19:00-da Azadlıq Meydanında Paata Burçuladze elan edib: “Bu andan etibarən hakimiyyət xalqa məxsusdur.”

Meydanda çıxış edən Murtaz Zodelava vətəndaşları prezident iqamətgahına yürüş etməyə çağırıb. Etirazçılardan bəziləri iqamətgahın darvazasını və hasarını dağıdaraq həyətə daxil olublar. Qısa müddət sonra xüsusi təyinatlı qüvvələr nümayişçiləri bibər qazı, su şırnağı və gözyaşardıcı qazla dağıdıb.

Aksiyanın hazırlığı təxminən iki ay davam edib. Təşkilat komitəsinin üzvləri: Paata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze, Paata Mancqaladze və Laşa Beridze.

İttihamlar:

  • Zodelava, Burçuladze və Nadiradze – strateji obyektlərin ələ keçirilməsi və bloklamağa cəhd, qrup zorakılığının təşkili və Gürcüstanın konstitusiya quruluşunun zorakı dəyişdirilməsinə çağırış.

  • Laşa Beridze – strateji obyektlərin ələ keçirilməsi və qrup zorakılığının təşkili.

  • Paata Mancqaladze – qrup zorakılığının təşkili.

Aksiyanın təşkilatçıları 4–5 oktyabr gecəsi saxlanılıb.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Paata Manjqaladze: “Bizim məqsədimiz yalnız sülh yolu ilə dəyişiklik idi”
Öncəki yazı
4 Oktyabr mitinqinin təşkilatçıları həbs cəzasına məhkum edilib – DETALLAR