4 oktyabr aksiyası: Prokurorluq daha 13 nəfərə ittiham irəli sürdü – SİYAHI

66

Prokurorluq 4 oktyabr aksiyası ilə bağlı daha 13 nəfərə qarşı ittiham irəli sürüb.

QafqazTürk xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu açıqlamasında bildirib. Qurumun açıqlamasına görə, onlara qarşı “strateji və xüsusi əhəmiyyətli obyektin qrup halında ələ keçirilməsinə cəhd”, “qrup halında zorakılığın təşkili və iştirak” maddələri üzrə ittihamlar irəli sürülüb.

Prokurorluq Vladimir Gvelesiani, Nika Gventsadze, Mamuka Labuçidze, Qoça Qataşvili, Quriel Kardava, Zurab Çavçanidze, Konstantine Kokaia, Sulxan Abralava, Beka Kelekhaşvili və Giorgi Kirvalidzeyə Gürcüstan Cinayət Məcəlləsinin 19-222-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (strateji və xüsusi əhəmiyyətli obyektin qrup halında ələ keçirilməsinə cəhd) və 225-ci maddənin 2-ci hissəsi (qrup halında zorakılıqda iştirak) ilə ittiham irəli sürüb. Bu maddələrə əsasən, onlara 6 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Koba Epitashvili və Saba Kordzaiyə də 225-ci maddənin 2-ci hissəsi ilə (qrup halında zorakılıqda iştirak) ittiham irəli sürülüb, bu da 6 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Nana Sandersə isə Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsi (qrup halında zorakılığın təşkili) ilə ittiham irəli sürülüb. Bu maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluğun məlumatına görə, Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, 4 oktyabr hadisələri ilə bağlı ümumilikdə 36 nəfər saxlanılıb. Onlardan 31-i aksiya iştirakçısı, 5-i isə  — Paatə Burçuladze, Murtaz Zodelava, Laşa Beridze, Paatə Mandjqaladze və İrakli Nadiradze – “Milli Məclis” hərəkatının üzvüdür.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Putin beynəlxalq həbs qərarına baxmayaraq, heç bir təzyiq olmadan Tacikistana gəlib – ƏTRAFLI
Öncəki yazı
Lukaşenkodan Baş Nazirə təbrik məktubu