Bələdiyyə orqanlarının 4 oktyabr 2025-ci il tarixli seçkiləri
2025-ci il 4 oktyabr tarixində bələdiyyənin nümayəndə orqanının – Sakrebulonun və özünüidarəetmə şəhərin / özünüidarəetmə icmasının merin seçkiləri keçiriləcək. Sakrebulo seçkiləri proporsional və majoritar sistemlə keçiriləcək. Seçicilər həm proporsional, həm də majoritar seçki sistemi üzrə 64 Sakrebulodan 2058 üzv və 64 mer seçəcəklər.
Milli azlıqların sıx məskunlaşdığı bölgələr üzrə seçki məntəqələri
2025-ci il 4 oktyabr tarixində keçiriləcək bələdiyyə orqanlarının seçkiləri üçün milli azlıqların sıx məskunlaşdığı bölgələr üzrə 310 seçki məntəqəsi yaradılmışdır, əsasən:
- Gürcü–Azərbaycan – 184 məntəqə
- Gürcü–erməni – 122 məntəqə
- Gürcü–erməni–Azərbaycan – 4 məntəqə
Seçkilər 168 seçki məntəqəsində elektron texnologiyadan istifadə edərək, 142 məntəqədə isə ənənəvi üsulla keçiriləcək.
Uyğunlaşdırılmış / əlçatan seçki məntəqəsini tələb etmə proseduru
Uyğunlaşdırılmış seçki məntəqəsini tələb etmək kimin hüququ var?
Təkərli kürüdən istifadə edən seçici müvafiq yerli majoritar seçki dairəsinin ərazisində yerləşən hər hansı uyğunlaşdırılmış seçki məntəqəsində seçkilərdə iştirak etmək hüququna malikdir.
Seçici nə qədər əvvəl müraciət etməlidir?
Təkərli kürüdən istifadə edən seçici səsvermə gününə ən geci 11 gün qalmış müvafiq dairə və ya məntəqə seçki komissiyasına müraciət etməlidir.
Seçici necə müraciət edə bilər?
Təkərli kürüdən istifadə edən seçici uyğunlaşdırılmış seçki məntəqəsini tələb etmək üçün müvafiq dairə və ya məntəqə seçki komissiyasına yazılı və ya telefonla şifahi ərizə ilə müraciət etməlidir.
Uyğunlaşdırılmış / əlçatan seçki məntəqələri haqqında yenilənmiş məlumat MSK-nın internet saytında “Seçki xəritəsi” bannerində yerləşdiriləcək.
Milli azlıqların nümayəndə seçkilərlə əlaqədar məlumatlandırılması
- MSK milli azlıqların seçiciləri üçün xidmətlər haqqında videoçarxların hazırlanmasını təmin edir.
- Bütün videoçarxlar Azərbaycan və erməni dillərinə tərcümə olunub və etnik azlıqların sıx məskunlaşdığı bölgələrdə yerli media vasitələrində yerləşdirilib.
- MSK-nın telefon/məlumat mərkəzi (2 51 00 51) vasitəsilə milli azlıqların nümayəndə seçiciləri seçki məsələləri ilə bağlı Azərbaycan və erməni dillərində məlumat ala bilərlər.
Özünüzü Vahid Seçicilər Siyahısında yoxlayın
Seçicilərin voters.cec.gov.ge internet saytındakı Vahid Seçici Siyahısında, həmçinin sürətli ödəniş cihazlarında mövcud olan tətbiqlər və “Android” sisteminə uyğunlaşdırılmış mobil telefon və planşet vasitəsilə öz və ailə üzvlərinin məlumatlarını yoxlamaq imkanı var.
Milli azlıqların sıx məskunlaşdığı bölgələrdə yaşayan seçicilər MSK-nın internet saytındakı Vahid Seçicilər Siyahısında Azərbaycan və erməni dillərində öz məlumatlarını yoxlaya bilərlər. Siyahıdakı məlumatları yoxlayan zaman seçki məntəqəsinin yeri haqqında da məlumat əldə etmək mümkündür.
Etnik azlıqların sıx məskunlaşdığı bölgələrdə yaşayan seçicilər üçün aşağıdakılar mövcuddur:
- Gürcü–erməni, gürcü–Azərbaycan, qarışıq seçki məntəqələrində isə gürcü–erməni–Azərbaycan dillərində seçki bülleteni;
- Gürcü–erməni və gürcü–Azərbaycan dillərində seçicilərin vahid siyahısı;
- Gürcü–erməni və gürcü–Azərbaycan dillərində bülletenin doldurulması qaydası;
- Gürcü–erməni və gürcü–Azərbaycan dillərində səsvermədə iştirak etməni təsvir edən poster.
MSK-da milli azlıqların məsələləri üzrə İşçi Qrup yaradılıb
Etnik azlıq seçiciləri üçün bərabər seçki mühitinin yaradılması məqsədilə MSK sədrinin sərəncamı ilə MSK-da işçi qrup yaradılıb. Qrupun tərkibinə seçki administrasiyasının, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, dövlət qurumlarının və Xalq Müdafiəçi Aparatının (etnik azlıqların problemləri ilə məşğul olan müvafiq qurumların nümayəndələri dəvət olunub) daxil edilib.
İşçi qrupu öz fəaliyyətini MSK sədrinin əmri ilə təsdiq edilmiş “Milli azlıqların problemləri üzrə İşçi Qrupunun əsasnaməsi”nə uyğun həyata keçirir.
MSK nəzdində yaradılmış milli azlıqların məsələləri üzrə İşçi Qrupun fəaliyyətində etnik azlıqları təmsil edən, seçki məsələləri ilə bağlı iş təcrübəsi olan qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxslərin nümayəndələri iştirak edə bilərlər.
İşçi qrupa qəbul qaydası:
Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsin nümayəndəsi təşkilatın MSK-də yaradılmış etnik azlıqların məsələləri ilə məşğul olan qrupun işində iştirak etmək arzusunda olduğunu bildirərək, MSK sədrinə rəsmi şəkildə yazılı müraciət edir. Məktubla birlikdə təşkilat aşağıdakıları təqdim etməlidir:
- Milli azlıqların məsələləri ilə bağlı iş təcrübəsi haqqında məlumat və müvafiq materiallar/sənədlər;
- Qrupda iştirak üçün namizədliyi irəli sürülmüş şəxsin adı, soyadı, vəzifəsi, əlaqə məlumatları (e-mail, mobil telefon nömrəsi).