4 mart tarixinədək gözlənilən hava şəraiti – PROQNOZ

28

4 mart tarixinədək Qərbi Gürcüstanda isti və yağmursuz hava şəraiti davam edəcək. Bəzi yerlərdə şərq küləyi əsəcək. Şərqi Gürcüstanda isə yağmursuz hava gözlənilir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Məlumata əsasən, paytaxt Tbilisidə hava yağmursuz keçəcək. Temperaturun gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +20, +22 dərəcəyədək yüksələcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): hava isti və yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Hava temperaturu gündüz +19, +21 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): hava isti və yağmursuz keçəcək. Bəzi ərazilərdə şərqi küləyi əsəcək. Hava temperaturu gündüz 15, +17 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): hava yağmursuz keçəcək. Temperatur gündüz +12, +14 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gün ərzində +11, +13 dərəcəyədək yüksələcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gün ərzində +10, +12 dərəcəyədək yüksələcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gün ərzində +10, +12 dərəcəyədək yüksələcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gün ərzində +6, +8 dərəcəyədək yüksələcək.

14
6
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ! – YENİLİK VAR
Öncəki yazı
Kaxetidə 2 azyaşlı ailə qurmaq məqsədilə qaçıblar