This is a specific ad

4-6 noyabrda gözlənilən hava şəraiti – PROQNOZ

14

Another advertisement

Noyabrın 4-ü səhərədək bəzi yerlərdə isti hava fonunda yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Noyabrın 6-dək isti və əsasən yağmursuz hava şəraiti gözlənilir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumata görə, paytaxt Tbilisidə bir qədər yağış yağacağı ehtimalı var. Hava temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.

“Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): noyabrın 4-ü səhərədək yağış yağacağı gözlənilir. Noyabrın 6-dək isə hava isti və əsasən yağmursuz keçəcək. Hava temperaturunun gün ərzində +25, +27 dərəcə isti olacağı gözlənilir.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): noyabrın 4-ü səhərədək yağış yağacağı gözlənilir. Noyabrın 6-dək hava isti, əsasən yağmursuz keçəcək. Temperatur gündüz +26, +28 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo): noyabrın 4-ü səhərədək yağış yağacağı gözlənilir. Noyabrın 6-dək hava isti, əsasən yağmursuz keçəcək. Hava temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): noyabrın 4-ü səhərədək yağış yağacağı gözlənilir. Noyabrın 6-dək isə hava isti və əsasən yağmursuz keçəcək. Hava temperaturu gündüz +18, +20 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): isti hava fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.

Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): istilər zamanı bəzi yerlərdə yağış yağa bilər. Hava temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): isti hava fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +21, +23 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): isti hava fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +16-18 dərəcə təşkil edəcək”, – məlumatda deyilir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Baş nazirdən çoxuşaqlı evsiz ailələrə ŞAD XƏBƏR
Öncəki yazı
Ərdoğandan ortaq türk əlifbası ÇAĞIRIŞI