This is a specific ad

Gürcüstanda avqustun 2-dək olan hava durumu açıqlandı

79

Another advertisement

Avqustun 2-dək Gürcüstanda hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

QafqazTürk Media xıbır verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Tbilisi şəhərində hava əsasən yağmursuz keçəcək. İyulun 31-də külək şimal-qərb istiqamətində əsəcək. Havanın temperaturu gündüz +28, +30 dərəcə təşkil edəcək.

“Sahilboyu rayonlarda (Batumi, Kobuleti, Anakliya, Poti): iyulun 30-u gününün sonundan avqustun 1-i səhərədək fasilələrlə yağış yağacaq, gün ərzində hava şəraiti açıq olacaq. İyulun 31-də şimşək çaxacağı, küləyin güclənəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +24, +26 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): iyulun 30-u günün sonundan avqustun 1-i səhərədək fasilələrlə yağış yağacaq, gün ərzində hava şəraiti açıq olacaq. Havanın temperaturu gündüz +27, +29 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): arabir yağışlı hava şəraiti gözlənilir. İyulun 31-də şimşək çaxacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi ehtimalı var. İyulun 25-26-da havanın temperaturu gündüz 22, 24 dərəcə isti təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, iyulun 31-də şimşək çaxacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək.

Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, iyulun 31-də şimşək çaxacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, iyulun 31-də şimşək çaxacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +26, +28 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Çalka, Bakuriani, Qudauri, Omalo): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, iyulun 31-də şimşək çaxacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək”, – məlumatda bildirilir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Qabal kəndində qaçırılan 24 yaşlı qız axtarışa verilib
Öncəki yazı
Müxalifət “Xarici təsirin şəffaflığı” haqqında qanuna qarşı məhkəmədə iddia qaldırıb