Cənubi Koreyada ABŞ-nin qırıcısı qəzaya uğrayıb

6

ABŞ-yə məxsus F-16 qırıcısı Cənubi Koreyada təlim uçuşu zamanı qəzaya uğrayıb.

Qafqaztürk xəbər verir ki, qırıcı ABŞ Hərbi Hava Qüvvələrinin KXDR ilə sərhədinə ən yaxın ABŞ Hərbi Hava Qüvvələri bazası olan Osan aviabazasının yaxınlığındakı kənd ərazisinə düşüb. Pilot katapult olunub və xəstəxanaya yerləşdirilib, əhali arasında itki yoxdur.

Hadisənin baş verdiyi Köngido əyalətinin qubernatoru bildirib ki, yanğını söndürmək üçün yanğınsöndürənlər qəza yerinə göndərilib.

Qırıcının qəzaya uğramasının səbəbləri hələlik məlum deyil.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
İrakli Ğaribaşvili Beynəlxalq Valyuta Fondunun Orta və Mərkəzi Asiya Departamentinin missiyası rəhbəri ilə görüşüb
Öncəki yazı
Ərdoğan seçkilərdə qalib gələcəyinə əmindir