Another advertisement
Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə 20-21 iyun 2019-cu il tarixlərində baş vermiş hadisələr nəticəsində daha bir zərərçəkmişə dəymiş ziyanın ödənilməsi Daxili İşlər Nazirliyinə həvalə edilib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası məlumat yayıb.
Məlumata görə, aksiya zamanı iştirakçılardan birinin sağ gözünə rezin güllə dəyib. Zədə səbəbindən onun ümumi iş qabiliyyəti 15%-dən 25%-ə enib.
Verilən qərara əsasən, məhkəmə işə 4 il baxdıqdan sonra Daxili İşlər Nazirliyinə zərərçəkmişə 50 000 lari məbləğində mənəvi ziyanın ödənilməsini, habelə ömrünün sonunadək aylıq aliment kimi 1440 lari ödəmək öhdəliyi verib.