Kobuletidə Fövqəladə Halların İdarəetmə Xidmətinin əməkdaşları dənizdə 35 yaşlarında olan kişi meyiti aşkar ediblər. Gəncin meyiti Məhkəmə Ekspertizası Bürosuna təhvil verilib.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları səfərbər edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 115-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə araşdırma başlanılıb.