Tehranda keçirilən Cənubi Qafqaz məsələsi üzrə “3+3” formatlı toplantının iştirakçıları regional məşvərət platformasının Gürcüstanın bərabərhüquqlu iştirakı üçün açıq olduğunu təsdiqləyiblər.
QafqazTürk.com xəbər verir ki,bu barədə iclasın yekun bəyanatında qeyd olunub.
Rusiya xarici işlər naziri Sergey Lavrov, Gürcüstanın “3+3” formatıına qoşulmamasının səbəblərini açıqlayıb:
“Biz Gürcüstan rəhbərliyinin bu “altılığa” qoşulmamasının səbəblərini anlayırıq. Bütün hallarda Gürcüstan hakimiyyəti öz milli maraqlarından çıxış edir. Bu, onu deməyə əsas verir ki, “3+3” yaxın gələcəkdə tam heyətlə təmsil olunacaq”.
Lavrov XİN başçılarının görüşündə regiondakı geosiyasi vəziyyətə çox diqqət ayırdıqlarını da xatırladıb:
“Görüşdə Azərbaycanla Ermənistan, Azərbaycanla İran, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesindən məmnunluq ifadə olundu. Onu da deyim ki, bütün bu istiqamətlər üzrə Rusiya aktiv şəkildə normallaşma prosesini dəstəkləyir. Bunu etməyə davam edəcəyik”, – deyə Rusiyanın baş diplomatı bildirib.
Lavrov Cənubi Qafqazda “3+3” formatının qapılarının Gürcüstan üçün hər zaman açıq qaldığını da qeyd edib