This is a specific ad

32 ildən sonra Rusiya İrəvan hava limanının sərhədinin mühafizəsini rəsmən Ermənistana təhvil verib

161

Another advertisement

Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd departamentinin nümayəndələri Zvartnots Beynəlxalq Hava Limanının dövlət sərhədinin mühafizə funksiyalarını Ermənistan tərəfinə rəsmən təhvil veriblər.

Qafqaztürk Media xəbər verir ki, bu barədə “TASS” xəbər agentliyi  məlumat yayıb.

Məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Ermənistanın Zvartnots hava limanında rus sərhədçiləri və onların işini dayandırması ilə bağlı bəyanatlarının ölkənin təhlükəsizliyinə töhfə verməyəcəyini bildirib.

“Sözügedən bəyanat Ermənistan tərəfindən İrəvanın qeyri-dost addımları və rəsmi zəmanətlər fonunda verilib. TASS agentliyinin məlumatına görə, Rusiya və Ermənistan sərhədçilərinin uzun illər səmərəli şəkildə yan-yana yerinə yetirdikləri vəzifələri nəzərə alsaq, belə bir təşəbbüsün Ermənistan və onun vətəndaşlarının maraqlarına cavab verməsi ehtimalı azdır”,- Mariya Zaxarova bildirib.

Zaxarova həmçinin qeyd edib ki, Ermənistan tərəfdən müvafiq mesaj “qaynar xətt vasitəsilə göndərilib”.

“Biz diplomatik kanallarla heç nə almamışıq”, – Mariya Zaxarova deyib.

 

Kateqoriya: Dünya
Sonrakı yazı
Azərbaycan XİN ölkə vətəndaşlarına Livana səfərlərlə bağlı xəbərdarlıq edib
Öncəki yazı
Qum fırtınası 1000-dən çox insanı xəstəxanalıq etdi