Another advertisement
Dünyaca məşhur aşpaz Ceymi Oliver qastronomik tur çərçivəsində Gürcüstandadır.
QafqazTürk.com xəbər verir ki,məlumatı Milli Turizm Administrasiyası yayıb.
Məlumata görə, məşhur aşpaz dadlı gürcü yeməklərini təbliğ edəcək.
Kulinariya turu zamanı aşpaz ölkənin özünəməxsus mədəniyyəti və mətbəxi ilə tanış olacaq, yerli aşpazlarla görüşəcək və onlardan gürcü yeməklərinin hazırlanmasını öyrənəcək.
Ceymi Oliverin izləyiciləri onun sosial kanalları vasitəsilə aşpazın gürcü kulinariya macərasını izləyə biləcəklər.
Britaniyalı aşpazın “Instagram” və “Facebook”da birlikdə 20 milyondan çox, “YouTube”da isə 6 milyona qədər izləyicisi var.