Another advertisement
Daxili işlər naziri Vaxtanq Qomelauri polis günü münasibətilə xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş polislərin nazirliyin ərazisində yerləşən abidəsi önünə əklil qoyub.
Daxili işlər nazirinin müavinlərinin və nazirliyin müxtəlif struktur bölmələrinin rəhbərlərinin iştirak etdikləri tədbiri fəxri qarovul dəstəsi müşayiət edib.
Tədbir iştirakçıları xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polislərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.