30 noyabr – 3 dekabr tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ

0

Noyabrın 30-dan Gürcüstanda hava temperaturunun yüksələcəyi gözlənilir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Məlumata əsasən, 1-3 dekabr tarixlərində Qərbi Gürcüstanda +23 dərəcəyə, Şərqi Gürcüstanıda isə +15, +20 dərəcəyə qədər isti olacaq.
Noyabrın 30-da isti hava şəraiti fonunda Qərbi Gürcüstanda yağıntılı hava şəraiti müşahidə olunacaq.

Dekabrın 1-3-də ölkənin bəzi rayonlarında hava şəraitinin isti, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Paytaxt Tbilisidə, dekabrın 1 və 3 tarixlərində Tbilisidə hava yağmursuz keçəcək, hava +17, +19 dərəcəyədək isti olacaq.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): noyabrın 30-da yağış yağacağı, dekabrın 1-3-də isti və yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir. Hava temperaturu +21, +23 dərəcəyədək yüksələcək.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestafon, Zuqdid, Martvili, Ozurget): noyabrın 30-da yağış yağacağı, dekabrın 1-3-də isti və yağmursuz hava şəraiti gözlənilir. Hava temperaturu +21, +23 dərəcəyədək yüksələcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo): noyabrın 30-da yağış yağacağı, dekabrın 1-3-də isti və yağmursuz hava şəraiti gözlənilir. Hava temperaturu +19, +21 dərəcəyədək yüksələcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): noyabrın 30-da yağıntılı hava şəraiti, dekabrın 1-3-də isə nisbətən isti və yağmursuz hava şəraiti gözlənilir. Hava temperaturu gündüz +12, +14 dərəcəyədək yüksələcək.

Kartlidə (Marneuli, Rustavi, Bolnisi, Qardabani, Qori, Çxinvali): hava əsasən yağmursuz keçəcək, temperatur gündüz saatlarında +17, +19 dərəcəyədək yüksələcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): hava yağmursuz keçəcək, temperatur +18, +20 dərəcəyədək yüksələcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro): hava əsasən yağmursuz keçəcək. Hava temperaturu gündüz +14, +16 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo): hava əsasən yağmursuz keçəcək. Hava temperaturu gündüz +11, +13 dərəcəyədək yüksələcək.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Hər gün 3 stəkan çay içəndə orqanizmdə nə baş verir?
Öncəki yazı
Bir az da poeziya… – İsa Sadiq