Noyabrın 30-dan Gürcüstanda hava temperaturunun yüksələcəyi gözlənilir.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.
Məlumata əsasən, 1-3 dekabr tarixlərində Qərbi Gürcüstanda +23 dərəcəyə, Şərqi Gürcüstanıda isə +15, +20 dərəcəyə qədər isti olacaq.
Noyabrın 30-da isti hava şəraiti fonunda Qərbi Gürcüstanda yağıntılı hava şəraiti müşahidə olunacaq.
Dekabrın 1-3-də ölkənin bəzi rayonlarında hava şəraitinin isti, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Paytaxt Tbilisidə, dekabrın 1 və 3 tarixlərində Tbilisidə hava yağmursuz keçəcək, hava +17, +19 dərəcəyədək isti olacaq.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): noyabrın 30-da yağış yağacağı, dekabrın 1-3-də isti və yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir. Hava temperaturu +21, +23 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestafon, Zuqdid, Martvili, Ozurget): noyabrın 30-da yağış yağacağı, dekabrın 1-3-də isti və yağmursuz hava şəraiti gözlənilir. Hava temperaturu +21, +23 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo): noyabrın 30-da yağış yağacağı, dekabrın 1-3-də isti və yağmursuz hava şəraiti gözlənilir. Hava temperaturu +19, +21 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): noyabrın 30-da yağıntılı hava şəraiti, dekabrın 1-3-də isə nisbətən isti və yağmursuz hava şəraiti gözlənilir. Hava temperaturu gündüz +12, +14 dərəcəyədək yüksələcək.
Kartlidə (Marneuli, Rustavi, Bolnisi, Qardabani, Qori, Çxinvali): hava əsasən yağmursuz keçəcək, temperatur gündüz saatlarında +17, +19 dərəcəyədək yüksələcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): hava yağmursuz keçəcək, temperatur +18, +20 dərəcəyədək yüksələcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro): hava əsasən yağmursuz keçəcək. Hava temperaturu gündüz +14, +16 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo): hava əsasən yağmursuz keçəcək. Hava temperaturu gündüz +11, +13 dərəcəyədək yüksələcək.