Yunanıstan, Bolqarıstan və Türkiyədə daşqın insan tələfatına səbəb olub. Leysan yağışı və onun yaratdığı daşqınlar nəticəsində Yunanıstan, Bolqarıstan və Türkiyədə bir neçə nəfər həlak olub, bəziləri isə itkin düşüb.
Qafqaztürk.com xəbər verir ki, məlumatı Euronius yayıb.
“Yunanıstanın mərkəzində nəqliyyatın hərəkəti qadağan edilib, Volos liman şəhərində rekord sayda leysan yağışı nəticəsində bir nəfər ölüb, Bolqarıstanda bir rayon elektriksiz qalıb, İstanbul küçələri çaylara çevrilib, bir neçə metro stansiyaları su basıb”, – məlumatda deyilir.
Bolqarıstanın baş naziri Nikolay Denkovun sözlərinə görə, Qara dənizdə cənub sahillərində daşqınlara səbəb olan tufan nəticəsində 2 nəfər ölüb, 3 nəfər itkin düşmüş hesab olunur.
Məlumata görə, Türkiyənin şimal-qərb bölgəsində su axını düşərgəni aparıb, 2 istirahətçi ölüb, 4-ü itkin düşüb. İstanbulda sel nəticəsində evləri su basıb, azı 2 nəfər ölüb. Onlarla insan kitabxana binasında sıxışıb, xilasedicilər tərəfindən çıxarılıb. Bir sıra metro stansiyaları da bağlanıb.