Türkiyənin paytaxtı Ankarada çoxmərtəbəli yaşayış binasında baş verən güclü yanğın nəticəsində üç aylıq körpə də daxil olmaqla, 3 nəfər dünyasını dəyişib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
KİV-in məlumatına görə, 39 nəfər tüstüdən zəhərlənib. Xəsarət alanlar arasında 7 yanğınsöndürən də var.
Yanğın Çankaya rayonunda 26 mərtəbəli binada baş verib. Yanğınsöndürənlər alovun qarşısını almaq üçün təxminən 4 saat çalışıblar.