Bu gün, 29 May İstanbulun fəthindən 570 il ötür.
Qısa tarix – Şərqi Roma İmperiyasının paytaxtı Konstantinopol 1453-cü ilin 29 may tarixində Osmanlı sultanı 2-ci Mehmet tərəfindən fəth edildi. Bu fəth Osmanlı dövlətini imperiyaya çevirdi. Eyni zamanda Bizans imperiyası tarix səhnəsindən silindi.
21 yaşlı 7-ci Osmanlı Sultanı 2-ci Mehmet Fatih ünvanını alaraq Fatih Sultan Mehmet adlandırıldı.
İstanbulun fəthi haqqında peyğəmbərimiz Məhəmməd (s.ə.v.) hədisində deyib:
“Letüftehanne’l Kostantiniyyete, ve le ni’mel emrü zâlike’l emr, ve le ni’mel ceyşü zâlike’l ceyş”
Tərcüməsi:
“İstanbul mütləq fəth ediləcək. Onu fəth edən sərkərdə nə böyük sərkərdə, o ordu nə böyük ordudur”.
P.S. QafqazTürk.com milli dövlətimiz olan Türkiyə Cümhuriyyətini 29 May İstanbulun fəthi günü münasibətilə təbrik edir!