Another advertisement
29-30 apreldə Gürcüstanda yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, güclü külək əsəcəyi, dənizdə 3-4 bal olacağı gözlənilir.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.
Məlumata əsasən gözlənilən yağışlar Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, ölkənin dağlıq ərazilərində sürüşmə proseslərinin başlamasına və aktivləşməsinə, dağlıq ərazilərdə. qar uçqunlarının əmələ gəlməsinə səbəb ola bilər.