This is a specific ad

28 May – Azərbaycan Respublikasının Müstəqillik günüdür

102

Another advertisement

Bu gün Azərbaycanın milli bayramı, 28 May – Müstəqillik Günü qeyd olunur. Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və “Qafqaz Türk Media” qrupu olaraq milli dövlətimiz olan Azərbaycanın milli bayramı – Müstəqillik günü münasibətilə soydaşlarımızı ürəkdən təbrik edirik! Bütün Azərbaycan xalqına – harada yaşamasından asılı olmayaraq – sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayırıq!
Əminik ki, srağagün Müstəqillik gününü bayram etdiyimiz vətənimiz Gürcüstanla Azərbaycan Respublikası arasında əlaqələr bundan sonra da mehriban dostluq, qonşuluq və qardaşlıq şəraitində davam edəcəkdir!..
…Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.
Beləliklə, Şərqdə ilk demokratik respublika qurulub.
Cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.
Sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları və onların fəaliyyəti qadağan olunmuşdu. Hətta Azərbaycan tarixçilərinə də Azərbaycan Xalq Cümhuriyyətinin adının çəkilməsi qadağan edilmişdi. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bütün qadağalara son qoyulub.
1991-ci il oktyabrın 18-də Bakıda “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
London birjasında Gürcüstan şirkətlərinin səhmləri ucuzlaşır
Öncəki yazı
İrakli Kobaxidze: Azərbaycanla münasibətlərin dərinləşməsi bizim hökumətimizin ən əsas prioritetidir