28-30 mart tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ

20

28-30 mart tarixlərində Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti gözlənilir. Martın 30-da yağış yağacaq.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Məlumata əsasən, Tbilisidə martın 28-29-da hava isti və yağmursuz keçəcək . Martın 30-da qısamüddətli yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +17, +19 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): martın 28-29-da isti və əsasən yağmursuz hava şəraiti gözlənilir. Martın 30-da yağış yağacaq. Hava temperaturu gün ərzində +18, +23 dərəcə təşkil edəcək, martın 30-da isə temperatur enəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): martın 28-29-da hava isti, əsasən yağmursuz keçəcək . Martın 30-da yağış yağacaq. Hava temperaturu gün ərzində +17, +22 dərəcə təşkil edəcək, martın 30-da isə temperatur enəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): martın 28-29-da hava isti, əsasən yağmursuz keçəcək. Hava temperaturu gündüz 14, +19 dərəcə isti təşkil edəcək, martın 30-da temperatur enəcək .

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): martın 28-29-da hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gün ərzində +10, +15 dərəcə isti təşkil edəcək, martın 30-da isə yağış yağacaq, temperatur enəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): martın 28-29-da isti və yağmursuz hava gözlənilir. Martın 30-da bəzi yerlərdə yağış yağacağı gözlənilir . Havanın temperaturu gündüz +14, +19 dərəcə təşkil edəcək.

Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): martın 28-29-da isti və yağmursuz hava gözlənilir. Martın 30-da bəzi ərazilərdə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +14, +19 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro): martın 28-29-da isti və yağmursuz hava gözlənilir. Martın 30-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +11, +16 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo): martın 28-29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Martın 30-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +6, +11 dərəcə təşkil edəcək.

12
4
Kateqoriya: Maraqlı
Sonrakı yazı
2023-cü ildə nigah və boşanmaların sayı – STATİSTİKA
Öncəki yazı
“Traktor Sazi Təbriz” komandasının azarkeşlərinin yeni şüarı – NE MUTLU TÜRKÜM DİYENE – VİDEO