This is a specific ad

27 sentyabr-Anım Günü

252

Another advertisement

Ermənistanın Azərbaycan Respublikasına qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqların azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlər, arxa cəbhədə çalışan mülki insanlar, bütövlükdə xalq əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

İşğal altında olan torpaqlar qəhrəman şəhidlərin, əsgər və zabitlərin, qazilərin qanı və canı bahasına azad olunmuşdur.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərə, bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə cansağlığı arzulayırıq!

Kateqoriya: Cəmiyyət, Dünya
Sonrakı yazı
Azərbaycan və Ermənistan Sülh Sazişi ilə bağlı razılığa gəldi
Öncəki yazı
ჩემი თანხმობის გარეშე, ჩემი სახელი შეუტანია ერთიანობა – ნაციონალურ მოძრაობას საპარლამენტო სიაში. სასწრაფოდ გამოიყვანეთ ჩემი სახელი თქვენი საპარლამენტო სიიდან – აჰმედ იმამყულიევი