Another advertisement
Gürcüstan hökumətinin qərarı ilə oktyabrın 27-də Milli Müəllimlər Günü qeyd olunur.
Qafqaztürk xəbər verir ki, hökumət bu qərarı cari il avqustun 30-da baş tutan iclasda qəbul edib.
Milli Müəllim Günü ictimaiyyətdə müəllimlərin roluna diqqət yetirilməsi, onların qiymətləndirilməsi və müəllim peşəsinin əhəmiyyətinin daha da yüksəldilməsi üçün gürcü pedaqoq, Gürcüstanda elmi pedaqogikanın təsisçisi, publisist, uşaq yazıçısı və ictimai xadim İakob Qoqebaşvilinin doğum günündə qeyd olunur.
Xatırladaq ki, dünyanın 100-dən çox ölkəsində Beynəlxalq Müəllimlər Günü oktyabrın 5-də qeyd olunur.