27-28 dekabr tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ

0

Dekabrın 27-28-də yağıntıların intensivliyi azalsa da, dekabrın 28-də yüksək dağlıq ərazilərdə güclü qar, duman və çovğun olacağı gözlənilir. Güclü qərb küləyi əsəcək.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Məlumata əsasən, paytaxt Tbilisidə havanın az yağıntılı olacağı ehtimalı var. Dekabrın 28-də şimal-qərb istiqamətindən güclü külək əsəcək. Hava temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): dekabrın 29-dək fasilələrlə yağış yağacaq. Dekabrın 28-də güclü cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gün ərzində +10, +15 dərəcəyədək yüksələcək.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurgeti): dekabrın 29-dək yağıntılı hava şəraiti gözlənilir. Hava temperaturu gün ərzində +10, +15 dərəcəyədək yüksələcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çageri, Şovi, Çiatura, Saçxere, Xulo): dekabrın 29-dək fasilələrlə qar yağacaq. Hava temperaturu gün ərzində +8, +10 dərəcəyədək yüksələcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): dekabrın 29-dək arabir qar yağacaq. Dekabrın 28-də güclü külək, duman və çovğun gözlənilir. Hava temperaturu gündüz +2, +4 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): dekabrın 29-dək bəzi yerlərdə yağıntılı hava şəraiti üstünlük təşkil edəcək. Dekabrın 28-də güclü qərb küləyi əsəcək, hava temperaturu gün ərzində +8, +10 dərəcə isti təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): dekabrın 29-dək hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Dekabrın 28-də güclü qərb küləyi əsəcək. Hava temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro): dekabrın 29-dək bəzi yerlərdə qar yağacaq. Hava temperaturu gündüz 4-9 dərəcə isti təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Calqa, Bakuriani, Qudauri, Omalo): dekabrın 29-dək bəzi yerlərdə qar yağacaq. Dekabrın 28-də güclü külək, duman və çovğun gözlənilir. Hava temperaturu gündüz -1, +4 dərəcə təşkil edəcək.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Bu şəxslər hər gün noxud yeməlidir
Öncəki yazı
ULDUZ FALI – 27.12.2023