This is a specific ad

26 Avqust – Laçın Şəhəri Günüdür

125

Another advertisement

Bu gün Azərbaycanda 26 avqust – Laçın şəhəri günüdür.

QafqazTürk.com xəbər verir ki, Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci il 26 avqust tarixində Azərbaycanın nəzarətinə keçib.

Azərbaycanın Vətən müharibəsində döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də təsdiqini tapıb, Ermənistan Ağdam və Kəlbəcərlə yanaşı, Laçın rayonunu da boşaltmaq məcburiyyətində qalıb.

Vətən müharibəsində əldə edilən qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib lakin Laçın yolunun Laçın şəhərindən keçməsi səbəbindən şəhər Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında qalıb.

Alternativ yolun istifadəyə verilməsindən sonra Azərbaycan Ordusu 26 avqust 2022-ci ildə Laçın şəhərinə yerləşib. Eyni zamanda Zabux və Sus kəndləri nəzarətə götürülərək Laçın şəhərində Azərbaycan bayrağı ucaldılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə barədə Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən, 26 avqust – Laçın şəhəri günü kimi təsis edilib.

Sonrakı yazı
Priqojinin meyitini morqdan oğurlayıblar?
Öncəki yazı
რომელი ხილი გამოირჩევა ნახშირწყლების დაბალი შემცველობით.