26-29 aprel tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ

40

Aprelin 26-da Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti davam edəcək, aprelin 27-29-da isə isti fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi də gözlənilir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Məlumata əsasən, paytaxt Tbilisidə isti və yağmursuz hava şəraiti davam edəcək . Hava temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): aprelin 26-da isti hava şəraiti davam edəcək. Hava temperaturu gün ərzində +32, +35 dərəcə isti təşkil edəcək. Gün ərzində yüksək temperatur fonunda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, küləyin qəfil güclənməsi müşahidə oluna bilər. Aprelin 27-29-da bəzi ərazilərdə yağış yağacağı, hava temperaturunun gün ərzində +23, +28 dərəcəyədək enəcəyi gözlənilir.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): Aprelin 26-da isti və əsasən yağmursuz hava şəraiti davam edəcək, hava temperaturu gün ərzində +32, +37 dərəcə isti təşkil edəcək. Aprelin 27-29-da isti fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, hava temperaturunun nisbətən aşağı düşəcəyi gözlənilir.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, aprelin 27-29-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +27, +32 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Aprelin 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, aprelin 27-29-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz +23, +28 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): isti və əsasən yağmursuz hava şəraiti davam edəcək. Hava temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): aprelin 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, aprelin 27-29-da isə isti fonunda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Hava temperaturu gündüz +30, +32 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedoplistskaro): aprelin 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, aprelin 27-29-da isə isti fonunda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Hava temperaturu gündüz +25, +30 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo, Dedopliscğaro): aprelin 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, aprelin 27-29-da isə isti fonunda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Hava temperaturu gündüz +20, +25 dərəcə təşkil edəcək.

31
4
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Etnik azlıqlarla əlaqədar yeni təklif – ƏTRAFLI
Öncəki yazı
იტალიაში საქართველოს მოქალაქე დააკავეს