This is a specific ad

25 Oktyabr qeyri iş günü elan edilib-Banklar və…

27

Another advertisement

Parlament seçkilərinə bir gün qalmış oktyabrın 25-i istirahət günü elan edilib.

QafqazTürk Media xəbər verir ki, bu qərarı hökumət MSK-ya müraciət əsasında qəbul edib.

3031 seçki məntəqəsindən 483-ü uşaq bağçası binalarında, 1675-i dövlət məktəb binalarında, 873-ü isə digər təyinatlı binalarda yerləşir.

“Hökumətin qərarı MSK-ya müraciət əsasında qəbul edilib və ona əsasən, seçki məntəqələri dövlət məktəblərində və uşaq bağçalarında yerləşdiyi üçün iş günlərindəki fəaliyyət seçki məntəqələrinin vaxtında yerləşdirilməsinə mane ola bilər”, – deyə məlumatda bildirilir.

Oktyabrın 21-də hökumət 25 oktyabrın qeyri iş günü barəsində qərar qəbul edib. Qərar kommersiya banklarına, dövlət satınalmalarına şamil edilmir.

Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək. Yalnız 5 faizlik baryeri keçən partiya parlamentə daxil olacaq.

Sonrakı yazı
Böyük Britaniya Ukraynaya 2,94 milyard dollar dəyərində kredit ayırmağı planlaşdırır
Öncəki yazı
Gürcüstan dövlət sərhədini qanunsuz keçən iki xarici ölkə vətəndaşı həbs olunub