24 yaşlı kişi əvvəlcə həyat yoldaşını, sonra isə özünü yaralayıb

123

Qoridə sosial yaşayış kompleksində 24 yaşlı kişi 24 yaşlı həyat yoldaşının qulağını, özünün isə boğazını kəsib.

Bu barədə yerli KİV məlumat yayıb.

Ər və arvad xəstəxanaya çatdırılıb, həkimlər onları xilas edə biliblər və hazırkı mərhələdə həyatları təhlükə altında deyil.

Yeni evlənən ailədə qarşıdurmanın nədən yarandığı hələlik məlum deyil.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 19-109-cu maddəsi ilə ailə üzvünü ağır şəraitdə öldürməyə cəhd maddəsi ilə iş başlanıb.

Kateqoriya: Cəmiyyət, Cinayət, Region
Sonrakı yazı
İran İsrailə raket atıb
Öncəki yazı
ABŞ prezidenti Donald Trampın İranla bağlı planları…