Qoridə sosial yaşayış kompleksində 24 yaşlı kişi 24 yaşlı həyat yoldaşının qulağını, özünün isə boğazını kəsib.
Bu barədə yerli KİV məlumat yayıb.
Ər və arvad xəstəxanaya çatdırılıb, həkimlər onları xilas edə biliblər və hazırkı mərhələdə həyatları təhlükə altında deyil.
Yeni evlənən ailədə qarşıdurmanın nədən yarandığı hələlik məlum deyil.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 19-109-cu maddəsi ilə ailə üzvünü ağır şəraitdə öldürməyə cəhd maddəsi ilə iş başlanıb.