Fevralın 24-26-da Qərbi Gürcüstanda nisbətən isti və yağmursuz hava şəraiti gözlənilir. Bəzi yerlərdə güclü şərq küləyi əsəcək.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.
Sinoptiklərin məlumatına görə, Şərqi Gürcüstanda soyuq, buludlu və yağışlı hava şəraiti davam edəcək, fevralın 25-26-da yağıntıların əsasən qar şəklində olacağı gözlənilir.
Fevralın 24-də paytaxt Tbilisidə az miqdarda yağış yağacağı, fevralın 25-26-da isə bir qədər qar yağacağı, duman olacağı gözlənilir. Hava temperaturu gündüz +3, +5 dərəcə təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): hava yağmursuz keçəcək. Fevralın 25-26-da güclü şərq küləyi əsəcək. Hava temperaturu gündüz +14, +16 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): hava yağmursuz keçəcək. Fevralın 25-26-da güclü şərq küləyi əsəcək. Hava temperaturu gündüz +14, +16 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): hava yağmursuz keçəcək. Fevralın 25-26-da güclü şərq küləyi əsəcək. Hava temperaturu gündüz 11, +13 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): hava yağmursuz keçəcək. Fevralın 25-26-da güclü şərq küləyi əsəcək. Hava temperaturu gündüz +5, +7 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): hava yağıntılı olacaq. Fevralın 25-26-da bəzi yerlərdə qar yağacaq, Qori-Surami yolunun hissəsində güclü şərq küləyi əsəcək. Hava temperaturu gündüz 4-6 dərəcə isti təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): hava yağıntılı olacaq. Fevralın 25-26-da qar yağacaq. Hava temperaturu gündüz +2, +4 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro): qar yağacağı, duman olacağı gözlənilir. Hava temperaturu gündüz +3, +5 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo): qar yağacağı, duman olacağı gözlənilir. Hava temperaturu -1, +1 dərəcə təşkil edəcək.