This is a specific ad

23 aprel Türkiyədə Milli Suverənlik və Uşaqlar Günüdür

77

Another advertisement

Bu gün, 23 aprel Türkiyədə Milli Suverənlik və Uşaqlar Günü qeyd edilir.

QafqazTürk.com xəbər verir ki, bu, Türkiyə Cümhuriyyətinin ilk milli bayramıdır.
1921-ci ildən Türkiyədə “23 Aprel Milli Bayram” kimi qeyd olunur. Qanuni adı “Uşaqlar Günü” olmasa da, uşaqlar üçün şən bir gün keçirmək və Himaye-i Etfal Cəmiyyətinə gəlir gətirmək məqsədi ilə 1927-ci ildən etibarən uşaqlar günü kimi qeyd olunur. Bayramın adı 1935-ci ildə Milli Suverenlik Günü, 1981-ci ildə isə “Milli Suverenlik və Uşaqlar Günü” olmuşdur.

1979-cu il Türkiyə Radio Televiziya Qurumu və YUNESKO tərəfindən Uşaq İli elan olunmasından sonra TRT Beynəlxalq 23 Aprel Uşaq Festivalına başlamış və bu bayram beynəlxalq səviyyəyə çatdırılmışdır.

1933-cü ildə dövrün prezidenti Mustafa Kamal Atatürkün 23 apreldə uşaqları öz kabinetinə qəbul edib onlarla söhbət etmək adəti bu bayramın bir hissəsi kimi geniş yayılıb və ənənəvi hala çevrilib. Stadionda bədən hərəkəti nümayişləri ilə qeyd etmə ənənəsi də bu zamandan başladı. Festivalın minlərlə tələbənin iştirak etdiyi nümayişləri 2013-cü ildən bəri küçələrdə karnavala bənzər şənliklərlə əvəz edilmişdir.

Sonrakı yazı
Gürcüstan ilə İtaliya arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq bəyannaməsi imzalanıb
Öncəki yazı
Ukrayna: “Son günlər Rusiya hərbçiləri arasında itkilərin sayı kəskin artıb”