23-25 aprel tarixlərində gözlənilən hava şəraiti – PROQNOZ

30

Aprelin 23-24-də Şərqi Gürcüstanın bəzi rayonlarında isti fonunda şimşək çaxacağı, dolu düşəcəyi, aprelin 25-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Qərbi Gürüstanda aprelin 23-25-də yağmursuz hava şəraiti gözlənilir. Aprelin 25-də hava isti və küləkli olacaq. Hava temperaturu 38 dərəcəyə qədər yüksələ bilər.    

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.

Məlumata əsasən, Tbilisidə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +28, +30 dərəcə təşkil edəcək. 

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Aprelin 25-də hava temperaturu gün ərzində +34, +36 dərəcəyədək yüksələcək, bəzi yerlərdə güclü cənub-şərq küləyi əsəcək. 

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Aprelin 25-də hava temperaturu gün ərzində +36, +38 dərəcəyədək yüksələcək, bəzi yerlərdə şərqdən güclü külək əsəcək. 

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Aprelin 25-də havanın temperaturu gündüz +34, +36 dərəcəyədək yüksələcək, bəzi yerlərdə güclü şərq küləyi əsəcək. 

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): havanın isti və yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +23, +28 dərəcə təşkil edəcək. 

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): aprelin 23-24-də bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, aprelin 25-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək. 

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedopliscğaro): aprelin 23-24-də bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, aprelin 25-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +30, +32 dərəcə təşkil edəcək. 

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedopliscğaro): aprelin 23-24-də bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, aprelin 25-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +28, +30 dərəcə təşkil edəcək. 

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omalo, Dedopliscğaro): aprelin 23-24-də bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, aprelin 25-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Hava temperaturu gündüz +21, +23 dərəcə təşkil edəcək.

21
4
Kateqoriya: Maraqlı
Sonrakı yazı
წვიმა, სეტყვა, ელჭექი – საქართველოში ამინდი უარესდება
Öncəki yazı
ამ ქმედებისთვის 500 და 2000 ლარით დაჯარიმდებით – ნახეთ სპეციალური განცხადება